Lovren: “Poçettinonu MY-də görmürəm”

Xorvatiya millisinin sabiq müdafiəçisi Deyan Lovren Maurisio Poçettinonun “Mançester Yunayted”in baş məşqçisi postuna mümkün təyinatını şərh edib.

Arena.az xəbər verir ki, vaxtilə “Sauthempton”da argentinalı mütəxəssisin rəhbərliyi altında çıxış etmiş Lovren “qırmızı şeytanlar”ın probleminin yalnız baş məşqçi dəyişikliyi ilə həll olunmayacağını düşünür.

36 yaşlı keçmiş futbolçu Poçettinonu yaxşı tanıdığını və onun iş prinsiplərindən xəbərdar olduğunu bildirib. Lovren argentinalı mütəxəssisin “Old Trafford”a gələcəyinə şübhə ilə yanaşır:

“Maurisio Poçettinonu çox yaxşı tanıyıram və onun nələri sevdiyini başa düşürəm. Onu “Mançester Yunayted”də görmürəm. O, ağıllı insandır və klubda baş verənlərdən xəbərdardır. Onların sadəcə məşqçi dəyişikliyindən daha ciddi problemi var”.

Deyan Lovren klubda daha fundamental problemin mövcudluğunu vurğulayıb:

“Komandada daha ciddi problem var. Təməl kifayət qədər möhkəm deyil. Bəzən hər şey yolunda getməyə bilər, lakin hazırda vəziyyət nəzarətdən çıxır. “Mançester Yunayted” kimi böyük klubun uzun illərdir zirvədə olmaması normal deyil. Düşünürəm ki, “Mançester Yunayted” hər zaman ilk dördlükdə yer almağa layiqdir, amma bunu həmişə görmək mümkün olmur”.

Qeyd edək ki, hazırda ABŞ millisinin baş məşqçisi olan Maurisio Poçettinonun adı “Mançester Yunayted”də baş məşqçi postuna əsas namizədlər sırasında çəkilir.

“Mançester Yunayted” isə Premyer Liqada keçirdiyi 10 oyundan sonra cəmi 8 xal toplayıb. Bir qələbəsi olan komanda turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb və aşağı liqaya düşmə zonasında yer alır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: