Cek Talbot “Arsenal”la peşəkar müqaviləyə imza atdı

İngiltərənin “Arsenal” klubunun futbol akademiyasının yetirməsi olan qapıçı Cek Talbot London təmsilçisi ilə ilk peşəkar müqaviləsini imzalayıb.

Arena.az xəbər verir ki, 18 yaşlı qapıçı bununla London klubunda 10 ildən artıq davam edən yolunu yeni mərhələyə keçirib.

Talbot 6-9 yaşları arasında həm “Arsenal”, həm də “Vest Hem” akademiyalarında çıxış edib. O, 2017-ci ildə yenidən “Arsenal”a qoşulub və həmin vaxtdan klubun akademiyasında çıxış edir.

“Bu, mənim və ailəm üçün çox xüsusi gündür. Uzun müddətdir klubdayam. İndi burada peşəkar müqavilə imzalamaq mənim və ailəm üçün böyük qürurverici andır. Bu 10-11 il ərzində çoxlu enişlər və yüksəlişlər, öyrəndiyim çox şey oldu. Əsas mesaj isə çox çalışmaq, özünə inanmaq və sonda istədiyin yerə çatacağına inanmaqdır”, – deyə Talbot bildirib.

Cek Talbot U-16 komandası ilə də uğurlar qazanıb. O, 2024-cü ildə Braziliyada keçirilən adidas “Flamengo Cup” turnirinin, 2025-ci ildə isə U-16 Premyer Liqa Kubokunun qalibi olub. “Arsenal” finalda “Çelsi”ni məğlub edərək kuboka sahib çıxıb.

Talbot hazırda “Arsenal”ın U-18 komandasında çıxış edir. London klubunun akademiya komandası cari mövsümə uğurlu başlayıb və bütün turnirlərdə ardıcıl 8 qələbə qazanıb. Komanda U-18 Premyer Liqasının Cənub qrupunda liderdən cəmi 2 xal geri qalır və U-18 Premyer Liqa Kubokunda pley-off mərhələsinə vəsiqəni təmin edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: