Premyer Liqa: “İmişli” “Zirə”dən Yevlaxda xal aldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 12-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “İmişli” “Zirə”ni qəbul edib.

Yevlax şəhər stadionunda təşkil edilmiş oyunun baş hakimi Cavid Cəlilov olub. Dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib. “Zirə” 2 top fərqi ilə öndə olduğu matçın sonlarında buraxdığı qollar nəticəsində xal itirib.

Premyer Liqa
12-ci tur

20 noyabr

“İmişli” – “Zirə” 2:2
Qollar: Seyxan Fərəcov, 71-pen; 76-pen – Davit Volkov, 44. Rikardo Martins, 55.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yevlax şəhər stadionu, 14:30.

İmişli: 1. Yusif İmanov, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 17. Seyxan Fərəcov, 70. Mehdi Tahirov, 33. Əkbər Eyubov, 13. Rafael Vyeqas, 21. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 99. İmam Əli, 3. Tuncay Yusifli, 55. Murad Ələkbərov, 30. Xəlil Mürsəlli, 87. Toğrul Haqverdiyev, 6. Yav Mozes, 10. Dioqo Kardozo, 8. Xuan Hernandes, 42. Sebai Senin.
Məşqçi: Ervin Perkon.

Zirə: 12. Maykon Kleyton, 32. Qismət Alıyev (k), 11. Ayxan Hüseynov, 4. Ruan Renato, 9. Davit Volkov, 21. Rikardo Martins, 17. Filipe Vieyra, 3. Dimitri Leqbo, 7. Eren Aydın, 33. Mehdi Mçaxçex, 29. Kris Diqbeu.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 72. Hüseynəli Quliyev, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 2. Amin Seydiyev, 14. Elçin Əlicanov, 57. Yusif Hacıyev, 10. Georgi Papunaşvili, 23. Dameyn Smit.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: