Birinci Liqa: “Zaqatala” “Şimal”a böyük hesabla uduzdu

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 8-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Şahdağ Qusar” – “Gəncəbasar” matçında qapılara qol vurulmayıb. Beş qolluq “Şimal” – “Zaqatala” görüşündə isə meydan sahibləri darmadağına seviniblər.

Birinci Liqa
8-ci tur

19 noyabr

MOİK – “Səbail” 0:0
Hakimlər: Namiq Bəkirov, Safalı Ağayev, Məmmədəli Kərimov, Alik Yunusov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 14:00.

“Mingəçevir” – “Baku Sportinq” 1:0
Qol: Samson Oqunmola, 15.
Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30.

“Xankəndi” – “Karvan” 0:2
Qollar: İbrahim Əliyev, 67. Obicon Onyeka, 77.
Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Xankəndi şəhər stadionu, 16:00.

20 noyabr

“Şahdağ Qusar” – “Gəncəbasar” 0:0
Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Asif Abdullayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 14:00.

“Şimal” – “Zaqatala” 4:1
Qollar: Niyazi Osmanov, 26. Murad Dadaşev, 53; 63. Lama Bamba, 83 – Samuel Anadem, 70.
Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Elman Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: