Formula 1: Ferstappen Las Veqasda 4-cü zəfərini rəsmiləşdirdi

Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (21-cı qran-pri) həlledici yarışı baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Amerika Birləşmiş Ştatllarında təşkil olunub.

Las Veqas qran-prisində “Red Bull”un pilotu Maks Ferstappen qalib olub. 29 yaşlı niderlandlı sürücü 50 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq qələbəsini rəsmiləşdirib. Bu, onun cari mövsümdə 4-cü, karyerası ərzində 75-ci zəfərdir.

“Maklaren”in şərəfini qoruyan Lando Norris Las Veqasda ikinci yeri tutubsa, onun komanda yoldaşı Oskar Piastri də ilk üçlüyü qapayıb.

Beləliklə, geridə qalmış 21 mərhələdən sonra çempionluğu təmin etmiş Kimi Antonelli (“Mersedes”) 402 xalla vahid liderdir. Maks Ferstappen (“Red Bull”) 304 xalla ikincidir. Üçüncü yerdə isə “Ferrari”nin sürücüsü Luis Hamilton (267) qərarlaşıb.

Mühəndislər Kubokunda “Mersedes” 666 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 517 xalla ikinci, “Red Bull” isə 440 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 22-ci qran-prisi Qətərdə keçiriləcək. Bu yarış noyabrın 29-da baş tutacaq.

Formula 1 üzrə dünya çempionatı, 2026

Pilotların yarışında turnir cədvəli:

  1. Kimi Antonelli (Mersedes) – 402
  2. Maks Ferstappen (Red Bull) – 304
  3. Luis Hamilton (Ferrari) – 267
  4. Corc Rassell (Mersedes) – 264
  5. Lando Norris (Maklaren) – 264
  6. Şarl Lekler (Ferrari) – 250
  7. Oskar Piastri (Maklaren) – 167
  8. İsak Hacar (Red Bull) – 122
  9. Liam Louson (Rasinq Bulls) – 89
  10. Pyer Qasli (Alpin) – 52
  11. Arvid Linblad (Rasinq Bulls) – 38
  12. Franko Kolapinto (Alpin) – 35
  13. Oliver Berman (Haas) – 23
  14. Qabriel Bortoleto (Audi) – 14
  15. Niko Hulkenberq (Audi) – 14
  16. Karlos Sayns (Uilyams) – 11
  17. Esteban Okon (Haas) – 7
  18. Fernando Alonso (Aston Martin) – 7
  19. Aleksander Albon (Uilyams) – 5
  20. Yuki Tsunoda (Rasinq Bulls) – 1
  21. Ryo Hirakava (Haas) – 1
  22. Lens Stroll (Aston Martin) – 0
  23. Serxio Peres (Kadillak) – 0
  24. Valtteri Bottas (Kadillak) – 0
  25. Rafael Kamara (Haas) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 666
  2. Ferrari – 517
  3. Red Bull – 440
  4. Maklaren – 431
  5. Rasinq Bulls – 114
  6. Alpin – 87
  7. Haas – 31
  8. Audi – 28
  9. Uilyams – 16
  10. Aston Martin – 7
  11. Kadillak – 0
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: