Super Liqa: “Azərreyl” “Gənclər”i asanlıqla yendi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında (Super Liqa) bu gün 2026/2027-ci illər mövsümünün 6-cı turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Gənclər” və “Azərreyl” komandaları üz-üzə gəliblər.

Abşeron Olimpiya İdman Kompleksində keçirilmiş görüş “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqlar ilk setdə rəqibinə 25:12 hesabı ilə qalib gəlib. İkinci hissədə “Gənclər” daha ciddi müqavimət göstərsə də, “Azərreyl” 25:21 hesabı ilə üstün olub. Üçüncü setdə isə paytaxt təmsilçisi 25:13 hesablı qələbə ilə matça son qoyub.

Hazırda yarış cədvəlinə 12 xalla “Ordu” və “Azərreyl” komandaları başçılıq edirlər. “Xilasedici” 9, “Murov” 4, “Neftçi” 2 xala malikdir. Xalsız olan “Gənclər” isə sonuncu pillədə qərarlaşıb.

Noyabrın 28-də 5-ci turdan təxirə salınmış “Gənclər” – “Neftçi” oyunu keçiriləcək. Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq qarşılaşmaya saat 14:00-da start veriləcək.

Super Liqa
6-cı tur

26 noyabr

“Gənclər” – “Azərreyl” 0:3 (12:25, 21:25, 13:25)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: