Bu gün qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, 4-cü tur çərçivəsində “Azərreyl” və “Murov” komandaları üz-üzə gəliblər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutmuş qarşılaşma “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
4-cü turun növbəti oyunu sabah Gəncə İdman Sarayında keçiriləcək. Bu görüşdə “Gəncə” və UNEC komandaları qarşılaşacaqlar.
Qeyd edək ki, sabah keçirilməsi nəzərdə tutulmuş digər oyun – “Azərmaş Abşeron”la “Turan” arasındakı görüş CEV Çempionlar Liqasında mübarizə aparan Tovuz klubunun yarışdakı növbəti səfər qarşılaşması ilə əlaqədar federasiyaya etdiyi müraciət əsasında təxirə salınıb.
Super Liqa
4-cü tur
27 noyabr
“Azərreyl” – “Murov” 3:0 (25:13, 25:18, 25:21)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.


