“Zirə” yeni futbolçu ilə anlaşıb. Arena.az xəbər verir ki, paytaxt klubu Ruslan Abışovla müqavilə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə növbəti mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, 33 yaşlı futbolçu daha əvvəl ölkəmizdə “Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ”, “Keşlə”, “Sabah”, həmçinin Rusiyanın “Rubin” klubunun şərəfini qoruyub. Abışov Azərbaycan millisinin heyətində 59 matçda 4 dəfə fərqlənib.
“Zirə” Ruslandan öncə “Sabah”dan Təmkin Xəlilzadəni də transfer etmişdi. Həmçinin “Sumqayıt”dan transfer olunan qapıçı Mehdi Cənnətov da növbəti mövsümdən zirəlilərin uğurları üçün çalışacaq.


