Ali Koç yenidən “Fənərbaxça”nın prezidenti seçildi

Bu gün Türkiyənin “Fənərbaxça” klubunda prezident seçkisi keçirilib. Arena.az xəbər verir ki, seçkilərdə yeganə namizəd klubun hazırkı prezidenti Ali Koç idi.

54 yaşlı biznesmen yenidən İstanbul təmsilçisinin prezidenti seçilib. O, səsverməyə qatılan 6682 nəfərdən 6459-nun səsini toplayıb.

Qeyd edək ki, Ali Koç 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: