Futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Arena.az xəbər verir ki, A qrupunun lideri Argentina yığması 1/4 finalda Ekvadorla üz-üzə gələcək.
B qrupunu lider kimi bitirən turnirin ev sahibi – Braziliya yığması isə bu raundda Çili ilə qarşılaşacaq.
Amerika Kubokunda yarımfinal görüşləri iyulun 6-7-də keçiriləcək. Final matçı isə ayın 11-də baş tutacaq.
Amerika Kuboku
1/4 final
3 iyul
Peru – Paraqvay
Braziliya – Çili
4 iyul
Uruqvay – Kolumbiya
Argentina – Ekvador


