Firpo “Barselona”dan ayrıldı, Premyer Liqa klubu ilə müqavilə bağladı

İspaniyanın “Barselona” klubu sol cinah müdafiəçisi Junior Firpo ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi onu İngiltərənin “Lids” klubuna satıb.

Bu barədə hər iki klubun mətbuat xidmətləri məlumat yayıb. 24 yaşlı müdafiəçi yeni klubu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqaviləyə imza atıb.

“Lids” Firpo üçün “Barselona”ya 15 milyon avro ödəyəcək. Futbolçunun gələcəkdəki satışından da 20 faiz pay Kataloniya təmsilçisinə çatacaq.

Qeyd edək ki, Junior Firpo 2019-cu ildən “Barselona”nın uğurları üçün çalışırdı. O, daha öncə İspaniyada yetirməsi olduğu “Betis”də forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: