Türkiyənin “Qalatasaray” klubu nigeriyalı futbolçu Henri Onyekuru ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə 24 yaşlı hücumçu sosial şəbəkə hesabında paylaşım edib.
Komandanın baş məşqçisi Fatih Terimlə fotosunu paylaşan forvard “Hər şey üçün təşəkkürlər və uğurlar” yazıb.
Qeyd edək ki, müqavilə ilə Fransanın “Monako” klubuna məxsus olan Henri Onyekuru bu ilin yanvarından “Qalatasaray”da çıxış edirdi. O, daha əvvəl 2018/19 mövsümündə və 2020-ci ildə İstanbul klubunda icarə əsasında çıxış etmişdi.


