Bu gün futbol üzrə Fransa çempionatında 2021/22 mövsümünə start verilib. Arena.az xəbər verir ki, yeni mövsümün açılış matçında “Monako” və “Nant” komandaları üz-üzə gəlib.
Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xal ilə kifayətləniblər.
Son çempion “Lill”in ilk turdakı rəqibi “Mets” olacaq. Heyətini Serxio Ramos, Əşrəf Hakimi, Corcinyo Veynaldum kimi futbolçularla gücləndirən PSJ səfərdə debütant “Trua” ilə qarşılaşacaq.
Lion “Olimpik”i “Brest”i, Marsel “Olimpik”i isə “Monpelye”ni sınağa çəkəcək.
Fransa Liqa 1
1-ci tur
6 avqust
Monako – Nant 1:1
Qol: Martins, 14 – Kastelletto, 42.
7 avqust
19:00. Olimpik (Lion) – Brest
23:00. Trua – PSJ
8 avqust
15:00. Renn – Lans
17:00. Bordo – Klermon
17:00. Nitsa – Reyms
17:00. Sent-Etyen – Loryan
17:00. Strasburq – Anje
19:00. Mets – Lill
22:45. Monpelye – Olimpik (Marsel)


