Son çempion məğlubiyyətdən son anda qaçdı

Futbol üzrə Fransa çempionatında yeni mövsümün ilk turuna yekun vurulub. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun günündə təsadüf edib.

“Renn” – “Lans”, “Nitsa” – “Reyms” və “Sent-Etyen” – “Loryan” matçlarında qalib müəyyənləşməyib. “Bordo” evdə “Klermon”a, “Strasburq” isə “Anje”yə uduzub.

Son çempion “Lill” səfərdə “Mets”lə qarşılaşıb. Qonaqlar bu oyunda məğlubiyyətdən son anda xilas olublar. Marsel “Olimpik”i isə “Monpelye” ilə səfər oyununda əzmkar qələbəyə sevinib.

Fransa Liqa 1
1-ci tur
6 avqust

Monako – Nant 1:1
Qol: Martins, 14 – Kastelletto, 42.

7 avqust

Olimpik (Lion) – Brest 1:1
Qol: Slimani, 62 – Kardona, 43.

Trua – PSJ 1:2
Qol: Haccam, 9 – Hakimi, 19. İkardi, 21.

8 avqust

Renn – Lans 1:1
Qol: Sulemana, 14 – Fofana, 19.

Bordo – Klermon 0:2
Qol: Bayo, 82. Dossu, 90+2.

Nitsa – Reyms 0:0

Sent-Etyen – Loryan 1:1
Qol: Xazri, 70 – Le Qoff, 52.

Strasburq – Anje 0:2
Qol: Traore, 57. Bahoken, 81.

Mets – Lill 3:3
Qol: Kentonze, 31; 52. Udol, 41 – Botman, 23. İkone, 81. B.Yılmaz, 90+6.

Monpelye – Olimpik (Marsel) 2:3
Qol: L.Peres, 30-öz qapısına. Laborde, 34 – C.Ünder, 68. Payet, 75; 80.

Xəbəri sosial şəbəkələrdə paylaş: