Mahir Emreli oynadı, “Legiya” səfərdən xalsız döndü

Futbol üzrə Polşa çempionatında 6-cı turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Visla” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 46-cı dəqiqədə meydana buraxılıb.

Altı turdan sonra 6 xalı olan “Legiya” 18 komanda arasında 14-cü pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: