Futbol üzrə Argentina yığmasının sabiq yarımmüdafiəçisi Xavyer Pastore karyerasını İspaniyada davam etdirəcək. Arena.az xəbər verir ki, bir neçə gün öncə İtaliyanın “Roma” klubundan ayrılan futbolçu, “Elçe” ilə anlaşıb.
Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
Xavyer Pastore 2018-ci ildən “Roma”da çıxış edirdi. O, bir neçə gün əvvəl paytaxt klubundan azad agent statusu ilə ayrılmışdı. Argentinalı futbolçu bu komandada cəmi 37 oyuna çıxıb, 4 qol vurub. Argentina millisində 29 oyuna 2 qolla yadda qalan futbolçu, daha öncə “Talyeres”, “Urakan”, “Palermo” və PSJ klublarında da forma geyinib.


