Futbol üzrə DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 14-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Uruqvay yığması səfərdə Boliviya ilə qarşılaşıb. Görüş Boliviyanın 3:0 hesablı qələbəsiylə başa çatıb.
Daha əvvəl mundialın final mərhələsinə vəsiqə qazanan Braziliya bu turda Argentina ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə bitib. Bu nəticədən sonra Argentina millisi də dünya çempionatının əsas mərhələsinə vəsiqə qazanıb.
Kolumbiya – Paraqvay oyunu da qolsuz başa çatıb. Peru yığması səfərdə Venesuelaya, Ekvador isə Çiliyə qalib gəlib.
DÇ-2022-nin seçmə mərhələsi
14-cü tur
17 noyabr
Boliviya – Uruqvay 3:0
Qol: Xuan Karlos Arse, 30; 79. Marselo Moreno, 45.
Venesuela – Peru 1:2
Qol: Darvin Maçis, 52 – Canluka Lapadula,18. Kristian Kueva, 65.
Kolumbiya – Paraqvay 0:0
Braziliya – Argentina 0:0
Çili – Ekvador 0:2
Qol: Estupinan, 9. Kaysedo, 90+3.
Xal durumu: Braziliya – 35, Argentina – 29, Ekvador – 23, Kolumbiya – 17, Peru – 17, Çili – 16, Uruqvay – 16, Boliviya – 15, Paraqvay – 13, Venesuela – 7.


