Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib. Arena.az xəbər verir ki, bir qarşılaşmadan ibarət bu mərhələnin görüşləri iki günü əhatə edəcək.
Dekabrın 10-da Premyer Liqa təmsilçilərindən “Səbail” səfərdə “Zaqatala” ilə, “Qəbələ” isə MOİK-lə üz-üzə gələcək.
İkinci oyun günündə baş tutacaq görüşlərdə isə elita təmsilçiləri meydan sahibi olacaqlar. Belə ki, “Keşlə” “Qaradağ Lökbatan”ı, “Sabah” da “Kəpəz”i qəbul edəcək.
Azərbaycan kuboku
1/8 final
10 dekabr
“Zaqatala” – “Səbail”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
MOİK – “Qəbələ”
Bakı. “Dalğa Arena”, 17:00.
11 dekabr
“Keşlə” – “Qaradağ Lökbatan”
Bakı. “ASK Arena”, 15:00.
“Sabah” – “Kəpəz”
Masazır. “Bank Respublika Arena”, 18:00.


