Futbol üzrə Türkiyə Super Liqasında 16-cı tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış matçında “Altay” “Hatayspor”u qəbul edib. Üç qolun qeydə alındığı görüş qonaqların qələbəsiylə yekunlaşıb.
Son turlarda uğurlu çıxış edən “Başakşəhər” bu dəfə “Kasımpaşa”nın müqavimətini qırmağa çalışacaq.
Baş məşqçi Sərgən Yalçınla yollarını ayıran “Beşiktaş” bu turda “Kayserispor”la üz-üzə gələcək. “Fənərbaxça” “Qaziantep”, “Qalatasaray” isə “Sivasspor” səfərinə yollanacaq.
Türkiyə Super Liqası
16-cı tur
10 dekabr
Altay – Hatayspor 1:2
Qol: Pinares, 21 – Diuf, 38. Sent-Luis, 76.
11 dekabr
14:30. Fatih Karagümrük – Konyaspor
17:00. Başakşəhər – Kasımpaşa
17:00. Rizəspor – Göztəpə
20:00. Antalyaspor – Trabzonspor
12 dekabr
14:30. Adana Dəmirspor – Girəsunspor
17:00. Yeni Malatyaspor – Alanyaspor
20:00. Beşiktaş – Kayserispor
13 dekabr
19:00. Sivasspor – Qalatasaray
21:30. Qaziantep – Fənərbaxça


