Futbol üzrə Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
“Alanyaspor” – “Fatih Karagümrük”, “Göztəpə” – “Adana Dəmirspor” matçlarında qalib müəyyənləşməyib. “Rizəspor” doğma meydanda “Qaziantep”ə məğlub olub.
“Fənərbaxça” isə evdə “Yeni Malatyaspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
“Beşiktaş” isə “Konyaspor” səfərinə yollanacaq.
Türkiyə Super Liqası
19-cu tur
25 dekabr
Kasımpaşa – Altay 2:0
Qol: Donk, 34. U.Bozok, 88.
Girəsunspor – Hatayspor 0:1
Qol: Əl Kaabi, 81.
Qalatasaray – Antalyaspor 2:0
Qol: Fequli, 45+1. K.Aktürkoğlu, 52.
Trabzonspor – Başakşəhər 0:0
26 dekabr
Rizəspor – Qaziantep 0:1
Qol: Maksim, 44-pen.
Alanyaspor – Fatih Karagümrük 1:1
Qol: E.Bekiroğlu, 54 – Peşiç, 70.
Göztəpə – Adana Dəmirspor 1:1
Qol: Rassul, 78-öz qapısına – Balotelli, 16.
Fənərbaxça – Yeni Malatyaspor 2:0
Qol: Novak, 10. Pelkas, 73.
27 dekabr
21:00 Kayserispor – Sivasspor
21:00 Konyaspor – Beşiktaş


