Super Liqa: “Beşiktaş” 3 xalı yenə tək qolla qalib gəldi

Bu gün Türkiyə Super Liqasında 22-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Turun açılış matçında “Qaziantep” doğma meydanda “Yeni Malatyaspor”la qarşılaşıb. Lakin bu oyun güclü qar səbəbindən yarıda qalıb. Matç yanvarın 19-da qaldığı yerdən davam etdiriləcək.

“Beşiktaş” bu turda “Fatih Karagümrük” səfərinə yollanıb və minimal hesabla qalib gəlib. Turnir cədvəlinin 2-ci sırasında yer alan “Konyaspor”un rəqibi “Adana Dəmirspor” olub. Konyalılar da evdə minimal hesabla üstün olublar.

“Fənərbaxça” bu turda “Altay”ı, “Qalatasaray” isə “Kasımpaşa”nı qəbul edəcək. Lider “Trabzonspor” isə “Girəsunspor”la üz-üzə gələcək.

Türkiyə Super Liqası
22-ci tur
18 yanvar

Fatih Karagümrük – Beşiktaş 0:1
Qol: Batşuayi, 39-pen.

Konyaspor – Adana Dəmirspor 1:0
Qol: Rahmanoviç, 53.

Qaziantep – Yeni Malatyaspor matçı yarıda qalıb

19 yanvar

18:00. Rizəspor – Antalyaspor
18:00. Göztəpə – Sivasspor
18:00. Kayserispor – Başakşəhər
21:00. Trabzonspor – Girəsunspor
21:00. Fənərbaxça – Altay

20 yanvar

18:00. Alanyaspor – Hatayspor
21:00. Qalatasaray – Kasımpaşa

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: