“Başakşəhər” “Beşiktaş”ın futbolçusunu icarəyə götürdü

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisi “Beşiktaş”dan Salih Uçanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb.

Salih Uçan bu mövsümün əvvəlindən “Beşiktaş”da çıxış edirdi. O, “qara qartallar”ın heyətində 15 oyuna çıxıb.

Türkiyə millisinin də üzvü olan futbolçu peşəkar karyerasına “Bucaspor”da başlayıb. Daha sonra o, “Fənərbaxça”, “Roma”, “Sion”, “Empoli” və “Alanyaspor”da da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: