Premyer Liqa: “Liveprul”a qələbə üçün 1 qol bəs etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Lester Siti” – “Vest Hem” matçında qalib müəyyənləşməyib. “Nyukasl” isə doğma meydanda “Aston Villa”nı minimal hesabla üstələyib.

“Tottenhem” “Vulverhempton”la ev oyunundan məğlub ayrılıb. “Liverpul” isə “Bernli”nin qonağı olub. “Qırmızılar” bu oyunda 3 xalı tək qolla qazanıblar.

Bu tur keçirilməli olan “Çelsi” – “Arsenal” matçı “zadəganlar”ın klublararası dünya çempionatında iştirakı ilə əlaqədar təxirə salınıb.

İngiltərə Premyer Liqası
25-ci tur
12 fevral

Mançester Yunayted – Sauthempton 1:1
Qol: Sanço, 21 – Adams, 48.

Brentford – Kristal Pelas 0:0

Uotford – Brayton 0:2
Qol: Maupay, 44. Uebster, 82.

Everton – Lids 3:0
Qol: Koleman, 10. M.Kin, 23. Qordon, 78.

Norviç Siti – Mançester Siti 0:4
Qol: Sterlinq, 31; 70; 90. Foden, 48.

13 fevral

Bernli – Liverpul 0:1
Qol: Fabinyo, 40.

Nyukasl – Aston Villa 1:0
Qol: Trippyer, 35.

Tottenhem – Vulverhempton 0:2
Qol: R.Ximenes, 6. Dendonker, 18.

Lester Siti – Vest Hem 2:2
Qol: Tilemans, 45. Pereyra, 57 – Bouen, 10. Dauson, 90+1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: