“Traktor” doğma meydanda xalsız qaldı

Futbol üzrə İran çempionatında 18-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “İstiqlal”la qarşılaşıb. “Traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıblar – 0:1. Komanda artıq səkkiz oyundur qələbəyə həsrətdir.

“Traktor” 18 turdan sonra 14 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: