Super Liqa: “Beşiktaş”a qələbə üçün bir qol bəs etdi

Futbol üzrə Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha üç qarşılaşma baş tutub.

Səfərdə “Yeni Malatyaspor”la qarşılaşan “Antalyaspor” çətin qələbəyə sevinib. “Kayserispor” “Girəsunspor”u məğlub yola salıb.

“Beşiktaş” isə doğma meydanda “Altay”la münasibətlərinə aydınlıq gətirib. İstanbul təmsilçisi bu oyunda 3 xalı tək qolla qazanıb.

Çempionluğa əsas namizəd “Trabzonspor” “Alanyaspor”un qonağı olacaq. Avrokubok zonasına düşməyə çalışan “Fənərbaxça” “Hatayspor”dan 3 xal qoparmağı hədələyib. “Qalatasaray” isə “Göztəpə” səfərində 6 oyunluq qələbə həsrətinə son qoymağa çalışacaq.

Türkiyə Super Liqası
26-cı tur
18 fevral

Konyaspor – Kasımpaşa 4:4
Qol: Amilton, 28. Rahmanoviç, 40. S.Dikmen, 52. Çikalleşi, 90+10 – Oanes, 7. Hayradinoviç, 46. U.Bozok, 60-pen. Mabil, 90+1.

Rizəspor – Başakşəhər 0:2
Qol: Trezeqe, 33; 52.

19 fevral

Yeni Malatyaspor – Antalyaspor 1:2
Qol: R.Çağıran, 88 – L.Adriano, 7. Fernando, 60.

Kayserispor – Girəsunspor 2:1
Qol: Qavranoviç, 29. M.Çətin, 45+1 – M.Süleymanov, 86.

Beşiktaş – Altay 1:0
Qol: D.Vida, 64.

20 fevral

14:30 Qaziantep – Adana Dəmirspor
17:00 Alanyaspor – Trabzonspor
17:00 Fatih Karagümrük – Sivasspor
20:00 Fənərbaxça – Hatayspor

21 fevral

21:00 Göztəpə – Qalatasaray

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: