“Traktor” səfərdən 1 xalla döndü

Futbol üzrə İran çempionatında 19-cu turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Paykan”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 0:0. Komanda artıq doqquz oyundur qələbəyə həsrətdir.

“Traktor” 19 turdan sonra 15 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: