Super Liqa: “Trabzonspor”dan əzmkar qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 27-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Adana Dəmirspor” – “Antalyaspor” matçında qalib müəyənləşməyib.

Hər keçən tur çempionluğa bir az da yaxınlaşan “Trabzonspor” isə “Kayserispor”la üz-üzə gəlib. İlk yarıda iki qol buraxan Trabzon təmsilçisi fasilədən sonra üç qol vurmaqla əzmkar qələbəyə sevinib.

“Beşiktaş” səfərdə “Sivasspor”, “Qalatasaray” isə evdə “Rizəspor”la qarşılaşacaq.

Tura “Kasımpaşa” – “Fənərbaxça” görüşüylə yekun vurulacaq.

Türkiyə Super Liqası
27-ci tur
25 fevral

Adana Dəmirspor – Antalyaspor 0:0

Trabzonspor – Kayserispor 3:2
Qol: Vişça, 49. Djanini, 59. Nvakaeme, 90+9-pen – Qavranoviç, 24; Tiam, 45+1.

26 fevral

17:00 Başakşəhər – Fatih Karagümrük
20:00 Sivasspor – Beşiktaş

27 fevral

14:30 Altay – Qaziantep
14:30 Girəsunspor – Göztəpə
17:00 Alanyapor – Konyaspor
17:00 Hatayspor – Yeni Malatyaspor
20:00 Qalatasaray – Rizəspor

28 fevral

21:00 Kasımpaşa – Fənərbaxça

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: