“Trabzonspor” Türkiyə kubokunda yarımfinala yüksəldi

Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Super Liqanın lideri “Trabzonspor” doğma meydanda “Antalyaspor”la qarşılaşıb. Meydan sahibləri bu oyunda inamlı qələbə qazanmaqla yarımfinala vəsiqə qazanıblar.

Türkiyə kubokunda 1/4 finalın digər qarşılaşmaları martın 2-3-də keçiriləcək.

Türkiyə kuboku
1/4 final

1 mart

Trabzonspor – Antalyaspor 2:0
Qol: Vişça, 12. B.Özdəmir, 89.

2 mart

18:00. Sivasspor – Fatih Karagümrük
21:30. Beşiktaş – Kayserispor

3 mart

21:30. Alanyaspor – Qaziantep

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: