Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Arena.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.
Sonuncu oyun günündə “Alanyaspor” doğma meydanda “Qaziantep”lə qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Daha öncə “Trabzonspor”, “Sivasspor” və “Kayserispor” da yarımfinala vəsiqə qazanmışdı. “Trabzonspor” finala vəsiqə uğrunda “Kayserispor”la, “Sivasspor” isə “Alanyaspor”la mübarizə aparacaq.
Türkiyə kubokunda yarımfinalın ilk görüşləri 19-21 apreldə, cavab matçları isə 10-12 may aralığında keçiriləcək.
Türkiyə kuboku
1/4 final
1 mart
Trabzonspor – Antalyaspor 2:0
Qol: Vişça, 12. B.Özdəmir, 89.
2 mart
Sivasspor – Fatih Karagümrük 1:0
Qol: Yatabare, 69.
Beşiktaş – Kayserispor 1:2
Qol: Rozye, 43 – Qavranoviç, 6. Kardozo, 65.
3 mart
Alanyaspor – Qaziantep 2:1
Qol: T.Bingöl, 74. O.Aydın, 102 – Djibolodji, 90+1.


