Futbol üzrə Türkiyə Super Liqasında 28-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış matçında “Yeni Malatyaspor” “Adana Dəmirspor”u qəbul edib. Bu oyunda meydan sahibləri minimal hesabla üstün olublar.
Əsas diqqətlər “Ülkər stadyum”a yönələcək. Burada “Fənərbaxça” çempionluğa ən real namizəd sayılan “Trabzonspor”u qəbul edəcək. Hazırda 66 xalla vahid lider olan Qaradəniz təmsilçisi ən yaxın izləyicisini 17 xal qabaqlayır.
“Konyaspor” – “Qalatasaray” matçının afişası da diqqət çəkir. Böhranlı günləri unutmağa çalışan “sarı-qırmızılar” qələbə seriyasını davam etdirmək niyyətindədir. Tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanmağa yaxın olan “Konyaspor” isə evdə asanlıqla xal itirməyi xoşlamır.
Türkiyə Super Liqası
28-ci tur
4 mart
Yeni Malatyaspor – Adana Dəmirspor 1:0
Qol: Şuyar, 77.
5 mart
17:00 Rizəspor – Girəsunspor
17:00 Göztəpə – Kasımpaşa
20:00 Konyaspor – Qalatasaray
6 mart
17:00 Fatih Karagümrük – Altay
20:00 Fənərbaxça – Trabzonspor
20:00 Antalyaspor – Sivasspor
7 mart
21:00 Kayserispor – Alanyaspor
21:00 Beşiktaş – Başakşəhər
21:00 Qaziantep – Hatayspor


