Super Liqa: “Beşiktaş”dan “Başakşəhər”lə heç-heçə

Futbol üzrə Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Beşiktaş” doğma meydanda “Başakşəhər”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

“Qaziantep” – “Hatayspor” matçında da tərəflər meydanı hərəyə 2 qol və 1 xalla tərk ediblər.

“Kayserispor” isə evində “Alanyaspor”a məğlub olub.

Türkiyə Super Liqası
28-ci tur
4 mart

Yeni Malatyaspor – Adana Dəmirspor 1:0
Qol: Şuyar, 77.

5 mart

Rizəspor – Girəsunspor 1:2
Qol: Pohyanpalo, 14 – Çikinyo, 45+3. Traore, 48.

Göztəpə – Kasımpaşa 2:3
Qol: Di Santo, 7. Ndiaye, 80 – Muleka, 5; 48. U.Bozok, 79.

Konyaspor – Qalatasaray 2:0
Qol: Koka, 8. Rahmanoviç, 20.

6 mart

Fatih Karagümrük – Altay 0:0

Fənərbaxça – Trabzonspor 1:1
Qol: Zayç, 71 – Nvakaeme, 22.

Antalyaspor – Sivasspor 1:0
Qol: Fernando, 45+2.

7 mart

Kayserispor – Alanyaspor 1:2
Qol: Bertolaççi, 34 – O.Aydın, 41. E.Yardımçı, 83.

Beşiktaş – Başakşəhər 2:2
Qol: G.Yalçın, 41. K.Karaman, 54 – Trezeqe, 35. Okaka, 45+4.

Qaziantep – Hatayspor 2:2
Qol : Maksim, 5; 79 – Koker, 20-öz qapısına. El Kaabi, 30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: