Super Liqa: “Beşiktaş” xal itirdi, “Başakşəhər” yenə uduzdu

Futbol üzrə Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.

“Yeni Malatyaspor” evdə “Kasımpaşa”ya, “Göztəpə” isə “Alanyaspor”a 2 cavabsız qolla uduzub.

Səfərdə “Adana Dəmirspor”la qarşılaşan “Başakşəhər” ardıcıl ikinci məğlubiyyətə üzülüb. “Beşiktaş” isə evdə “Hatayspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.

Avropa Liqasında çıxışını başa vuran “Qalatasaray” “Qaziantep” səfərinə yollanacaq. Turun mərkəzi matçında 3-cü pillədə qərarlaşan “Fənərbaxça” ikinci pillədəki “Konyaspor”u qəbul edəcək.

Türkiyə Super Liqası
30-cu tur
18 mart

Rizəspor – Trabzonspor 3:2
Qol: Pohyanpalo, 59-pen; 64-pen; 90+5-pen – A.Ömür, 48. Djanini, 70.

Fatih Karagümrük – Kayserispor 3:0
Qol: E.Mor, 10; 36; 75.

19 mart

Yeni Malatyaspor – Kasımpaşa 0:2
Qol: Muleka, 71. A.Engin, 74.

Göztəpə – Alanyaspor 0:2
Qol: Dyedyu, 71. T.Bingöl, 90+7.

Adana Dəmirspor – Başakşəhər 2:1
Qol: T.Sanuc, 38. Byarnason, 80 – Aleksiç, 48.

Beşiktaş – Hatayspor 1:1
Qol: Batşuayi, 16 – Lobyanidze, 41.

20 mart

14:30 Sivasspor – Altay
14:30 Antalyaspor – Girəsunspor
17:00 Qaziantep – Qalatasaray
20:00 Fənərbaxça – Konyaspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: