Premyer Liqa: “Tottenhem” 3 xalı 5 qolla qazandı

Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Vest Hem” doğma meydanda “Everton”la münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar.

“Tottenhem” isə “Nyukasl”la ev oyununda darmadağına sevinib.

Tura “Kristal Pelas” – “Arsenal” görüşüylə yekun vurulacaq.

İngiltərə Premyer Liqası
31-ci tur

2 aprel

Liverpul – Uotford 2:0
Qol: Jota, 22. Fabinyo, 89-pen.

Bernli – Mançester Siti 0:2
Qol: De Bruyne, 5. İ.Gündoğan, 25.

Brayton – Norviç 0:0

Vulverhempton – Aston Villa 2:1
Qol: Conni, 7. E.Yanq, 36-öz qapısına – Uotkins, 86-pen.

Lids – Sauthempton 1:1
Qol: Harrison, 29 – Uord-Prauz, 49.

Çelsi – Brentford 1:4
Qol: Rüdiger, 48 – Caneltt, 50; 60. Eriksen, 54. Vissa, 87.

Mançester Yunayted – Lester 1:1
Qol: Fred, 66 – İheanaço, 63.

3 aprel

Vest Hem – Everton 2:1
Qol: Kressuel, 32. Bouen, 58 – Holqeyt, 53.

Tottenhem – Nyukasl 5:1
Qol: B.Deyvis, 43. Doherti, 48. Son, 54. Emerson, 63. Berqveyn, 83 – Şar, 39.

4 aprel

23:00. Kristal Pelas – Arsenal

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: