Premyer Liqa: “Nyukasl”a qələbə üçün bir qol bəs etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Nyukasl” doğma meydanda “Vulverhempton”u sınağa çəkib. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar.

Turun mərkəzi oyununda “Mançester Siti” ilə “Liverpul” üz-üzə gələcək. Bu oyunun nəticəsi turnir cədvəlində lideri dəyişə bilər.

İngiltərə Premyer Liqası
32-ci tur

8 aprel

Nyukasl – Vulverhempton 1:0
Qol: Vud, 72-pen.

9 aprel

15:30. Everton – Mançester Yunayted
18:00. Arsenal – Brayton
18:00. Sauthempton – Çelsi
18:00. Uotford – Lids
20:30. Aston Villa – Tottenhem

10 aprel

17:00. Brentord – Vest Hem
17:00. Lester Siti – Kristal Pelas
17:00. Norviç Siti – Bernli
19:30. Mançester Siti – Liverpul

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: