Emil Balayev oynamadı, “Turan” 1 xalla kifayətləndi

Futbol üzrə Qazaxıstan çempionatında 5-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Turan” da növbəti maçtına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Kızıljar”la üz-üzə gəlib. Bu görüşdə hesab açılmayıb – 0:0.

Emil bu görüşün iştirakçısı olmayıb. Qazaxıstana gedəndən bəri zədədən əziyyət çəkən Balayevin adı iştirak ərizəsinə də daxil edilməyib.

“Turan” 5 turdan sonra 2 xalla 14 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Sonda onu da qeyd edək ki, “Turan”da Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadov da baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: