Super Liqa: “Trabzonspor” 38 il sonra Türkiyə çempionu oldu

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 35-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

“Hatayspor” evdə “Altay”a, “Konyaspor” “Fatih Karagümrük”ə, “Kasımpaşa” isə “Başakşəhər”ə məğlub olub.

Lider “Trabzonspor” bu dəfə evdə “Antalyaspor”u sınağa çəkib. Dörd qolun qeydə alındığı matç heç-heçə yekunlaşıb. Bu oyunda qazandığı 1 xal Trabzon klubunun çempionluğu təmin etməsi üçün yetərli olub. Mövsümün sonuna 3 tur qalmış rəqibləri üçün əlçatmaza çevrilən “Trabzonspor” 35 illik fasilədən sonra çempion olub. Sonuncu dəfə 1983/84 mövsümündə çempion olmuş bu komanda tarixində 7-ci dəfə Türkiyənin ən güclüsü adını qazanıb.

Maraq üçün qeyd edək ki, “Trabzonspor” – “Antalyaspor” matçının son saniyələrində maraqlı hadisə qeydə alınıb. Meydan sahibi komandanın fanatları görüşün bitməsinə saniyələr qalmış çempionluğu qeyd etmək üçün meydançaya axışıblar. Yalnız arenada xəbərdarlıq edildikdən sonra onlar tribunaya qayıdıblar və matçın qalan bölümü oynanılıb.

Türkiyə Super Liqası
35-ci tur

29 aprel

Fənərbaxça – Qaziantep 3:2
Qol: D.Rossi, 5. S.Dursun, 62. M.Zayç, 82 – A.Sagal, 64. A.Maksim, 90+7-pen.

Girəsunspor – Adana Dəmirspor 2:0
Qol: U.Nayir, 21. Serjinyo, 48.

30 aprel

Konyaspor – Fatih Karagümrük 1:2
Qol: Byutyuqi, 23 – S.Onur, 81. Karamo, 84.

Kasımpaşa – Başakşəhər 2:3
Qol: Fall, 43. Muleka, 78 – Gulbrandsen, 28. Trezeqe, 45. D.Türüç, 52.

Trabzonspor – Antalyaspor 2:2
Qol: Kornelius, 3. D.Tokoz, 62 – Ndao, 51. Rayt, 80.

Hatayspor – Altay 0:1
Qol: Kappel, 10.

1 may

17:00 Kayserispor – Beşiktaş
17:00 Alanyaspor – Yeni Malatyaspor
21:30 Qalatasaray – Sivasspor
21:30 Göztəpə – Rizəspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: