“Sumqayıt” daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Arena.az xəbər verir ki, vitse-kapitan Vüqar Mustafayevlə 3 illik yeni sözləşmə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2019-cu ildən Sumqayıt təmsilçisinin şərəfini qoruyan 28 yaşlı dayaq yarımmüdafiəçisi bu müddət ərzində ümümilikdə 64 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycanın U-21, U-23 və əsas millilərinin də uğurları üçün çalışıb.
“Sumqayıt” bundan əvvəl kapitan Vurğun Hüseynovla da yeni müqavilə imzalamışdı.


