Bu gün futbol üzrə Avropa Konfrans Liqasının final oyunu keçirilib. Arena.az xəbər verir ki, final matçında İtaliyanın “Roma” və Niderlandın “Feyenoord” komandaları üz-üzə gəlib.
Joze Mourinyonun rəhbərlik etdiyi İtaliya komandası lap əvvəldən Konfrans Liqasının favoritlərindən hesab olunurdu. Təbii ki, “canavarlar” final görüşündə qələbə qazanmaqla, mövsümü kubokla başa vurmaq istəyirdi. Amma “Feyenoord” o qədər də asan rəqib deyildi. Niderland təmsilçisi də bu turnirin qalibi olmaq üçün əlindən gələni edib. Lakin yekunda rəqibini minimal hesabla üstələyən “Roma” ilk dəfə keçirilən Konfrans Liqasının qalibi olub.
Avropa Konfrans Liqası
Final
25 may
Roma – Feyenoord 1:0
Qol: Zaniolo, 32.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Tirana, Milli Arena.
Roma: Rui Patrisio, Rik Karsdrop, Canluka Mançini, Kris Smollinq, Rocer İbanes, Brayan Kristante, Nikola Zalevski, Lorenso Pelleqrini (k), Henrix Mxitaryan, Nikolo Zaniolo, Temmi Abraham.
Ehtiyat oyunçular: Daniel Fuzato, Leonardo Spinatsola, Maraş Kumbulla, Matias Vinya, Edoardo Bove, Enzli Meytlend-Nayls, Serjio Oliveyra, Jordan Veretu, Karles Peres, Stefan El-Şaaravi, Feliks Afena-Qyan, Eldor Şomurodov.
Baş məşqçi: Joze Mourinyo.
Feyenoord: Castin Beylo (k), Lutsarel Gertruyda, Markos Senesi, Tayrell Malasia, Gernot Trauner, Fredrik Aursnes, Orkun Kökcü, Qus Til, Luis Sinisterra, Reyss Nelson, Siril Dessers.
Ehtiyat oyunçular: Ofir Marçiano, Teys Yansen, Valentin Kojokaru, Filipp Sandler, Ramon Hendriks, Markus Pedersen, Denzel Hall, Yorrit Hendriks, Yens Tornstra, Patrik Volemark, Alireza Cahanbaxş, Brayan Linssen.
Baş məşqçi: Arne Slot.


