Adil Nağıyev daha 2 il “Səbail”də!

Səbail” müdafiəçisi Adil Nağıyev ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2 illik yeni sözləşmə imzalayıblar. Əvvəlki müqavilənin müddəti bu yaya qədər idi.

Azərbaycan millisinin də üzvü olan Adil Nağıyev 2019-cu ildən “Səbail”in uğurları üçün çalışır. 26 yaşlı futbolçu daha öncə “Zirə” və “Sumqayıt”da da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: