Bundesliqa: 2022/23 mövsümünün püşkü atıldı

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/23 mövsümünün püşkü atılıb. Arena.az xəbər verir ki, Bundesliqada yeni mövsümə avqustun 5-də start veriləcək.

Mövsümün açılış oyununda “Ayntraxt” son çempion “Bayern”i qəbul edəcək. Dortmund “Borussiya”sı isə avqustun 6-da “Bayer”lə qarşılaşacaq.

Bundesliqada qarşıdakı mövsümün sonuncu – 34-cü turu gələn il mayın 27-də baş tutacaq.

Almaniya Bundesliqası
1-ci tur

Ayntraxt – Bayern
Borussiya (Dortmund) – Bayer
Union Berlin – Herta
Köln – Şalke
Borussiya (Mönhenqladbax) – Hoffenhaym
Volfsburq – Verder
Bohum – Maynts
Auqsburq – Frayburq
Ştutqart – Leypsiq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: