Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/23 mövsümünə start verilib. Arena.az xəbər verir ki, mövsümün və 1-ci turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
Açılış qarşılaşması “Osasuna” ilə “Sevilya” arasında keçirilib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanıblar.
La Liqada ilk turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.
İspaniya La Liqası
1-ci tur
12 avqust
Osasuna – Sevilya 2:1
Qol: Avila, 9. Oroz, 74-pen – Mir, 11.


