Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 5-ci turu çərçivəsində baş tutan Köln “Fortuna”sı ilə matçın iştirakçısı olub.
“Şalke” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qolsuz ayrılıb – 0:0.
Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 80-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 7 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.


