Super Liqa: “Ankaragücü” səfərdə, “Alanyaspor” evdə uduzdu

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 4-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Fatih Karagümrük” doğma meydanda “Ankaragücü”nü böyük hesabla məğlub edib. “Adana Dəmirspor” da “Ümraniyəspor”u minimal hesabla məğlub yola salıb. “Alanyaspor” isə evdə Super Liqanın yeni iştirakçılarından olan “İstanbulspor”a minimal hesabla uduzub.

Turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə Sper Liqası
4-cü tur
26 avqust

Qaziantep – Antalyaspor 5:2
Qol: Fiqeyredo, 28; 54; 73. Pexart, 58. Saqal, 67 – Rayt, 30; 40.

27 avqust

Fatih Karagümrük – Ankaragücü 4:1
Qol: S.Dursun, 2. Borini, 9; 48. Diaqne, 83-pen – Baniya, 53-öz qapısına.

Adana Dəmirspor – Ümraniyəspor 1:0
Qol: K.Rodriqes, 6.

Alanyaspor – İstanbulspor 0:1
Qol: Ethemi, 48.

28 avqust

20:15. Kasımpaşa – Hatayspor
20:15. Kayserispor – Girəsunspor
22:45. Trabzonspor – Qalatasaray

29 avqust

20:15. Konyaspor – Fənərnbaxça
22:45. Beşiktaş – Sivasspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: