Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 6-cı turu çərçivəsində baş tutan “Kaan-Marienborn” ilə matçın iştirakçısı olub.
“Şalke” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası üç qolun qeydə alındığı bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 7 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.


