Super Liqa: “Fənərbaxça” uduzdu, “Beşiktaş” 3 qola sevindi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 4-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Fənərbaxça” səfərdə “Konyaspor”la münasibətlərinə aydınlıq gətirib. İstanbul təmsilçisi səfər matçından məğlubiyyətlə ayrılıb. Bu, sözügedən komandanın yeni mövsümdəki ilk yenilgisidir.

“Beşiktaş” isə doğma meydanda “Sivasspor”la münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda “qara qartallar” inamlı qələbəyə seviniblər.

4 turdan sonra “Beşiktaş”la “Qaziantep” 10 xalla zirvədə şərikli qərarlaşıblar. “Adana Dəmirspor” 9 xalla 3-cüdür. 8 xala malik “Konyaspor” 4-cüdürsə, növbəti pillələrdə 7 xalı olan “Fənərbaxça”, “Başakşəhər”, “Qalatasaray” və “Trabzonspor” qərarlaşıblar.

Türkiyə Sper Liqası
4-cü tur
26 avqust

Qaziantep – Antalyaspor 5:2
Qol: Fiqeyredo, 28; 54; 73. Pexart, 58. Saqal, 67 – Rayt, 30; 40.

27 avqust

Fatih Karagümrük – Ankaragücü 4:1
Qol: S.Dursun, 2. Borini, 9; 48. Diaqne, 83-pen – Baniya, 53-öz qapısına.

Adana Dəmirspor – Ümraniyəspor 1:0
Qol: K.Rodriqes, 6.

Alanyaspor – İstanbulspor 0:1
Qol: Ethemi, 48.

28 avqust

Kasımpaşa – Hatayspor 1:0
Qol: Hayradinoviç, 36.

Kayserispor – Girəsunspor 3:0
Qol: O.Bulut, 22. Qavranoviç, 72. R.Çivelek, 87.

Trabzonspor – Qalatasaray 0:0

29 avqust

Konyaspor – Fənərbaxça 1:0
Qol: M.Dəmir, 66.

Beşiktaş – Sivasspor 3:1
Qol: Muleka, 12; 41. Veqorst, 29.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: