“Frayburq” hücumçusunu icarəyə verdi

Almaniyanın “Frayburq” klubu hücumçusu Nişan Burkart ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Bundesliqa təmsilçisi oyunçusunu icarəyə göndərib.

Belə ki, 22 yaşlı futbolçu bu mövsüm İsveçrənin “Vintertur” komandasında çıxış edəcək. Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. İsveçrəli futbolçunun icarə müddəti 1 il olduğu və satınalma şərtinin nəzərdə tutulmadığı diqqətə çatdırılıb.

Nişan Burkart “Sürix” və “Mançester Yunayted” klublarının yetirməsi hesab oluna bilər. O, 2019-cu ildən “Frayburq”dadır. Gənc futbolçu klubun gənclərdən ibarət komandasında çıxış edirdi.

Xatırladaq ki, “Frayburq” qrup mərhələsində ilk oyununu sentyabrın 8-də “Europa Park” stadionunda məhz “Qarabağ”a qarşı keçirəcək. İkinci matç isə noyabrın 3-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: