La Liqa: “Selta” “Kadis”i böyük hesabla məğlub etdi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 4-cü tura start veriliib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Selta” öz meydanında “Kadis”lə qarşılaşıb. Meydan sahibləri bu görüşdə 3 xalı 3 cavabsız qolla qazanıblar.

Turun qalan qarşılaşmaları qarşıdakı günlərdə baş tutacaq.

İspaniya La Liqası
4-cü tur
2 sentyabr

Selta – Kadis 3:0
Qol: Yaqo Aspas, 56, 75. Oskar Rodriqes, 62.

3 sentyabr

16:00. Malyorka – Jirona
18:15. Real – Betis
20:30. Real Sosyedad – Atletiko (Madrid)
23:00. Sevilya – Barselona

4 sentyabr

16:00. Osasuna – Rayo Valyekano
18:15. Atletik – Espanyol
20:30. Vilyarreal – Elçe
23:00. Valensiya – Xetafe

5 sentyabr

23:00. Valyadolid – Almeriya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: