Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 6-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub.
Son çempion “Bayern” doğma meydanda “Ştutqart”la qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda Münhen təmsilçisi xal itkisi ilə üzləşib. “Herta” – “Bayer” matçı da oxşar nəticə ilə yekunlaşıb.
“Ayntraxt” Frankfurtda “Volfsburq”a minimal hesabla uduzub. Səfərdə “Leypsiq”lə qarşılaşan Dortmund “Borussiya”sı isə bu dəfə 3 cavabsız qolla uduzub.
“Hoffenhaym” bu tur “Maynts”ı böyük hesabla məğlub edib. “Şalke” isə “Bohum”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.
Turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.
Almaniya Bundesliqası
6-cı tur
9 sentyabr
Verder – Auqsburq 0:1
Qol: Dəmiroviç, 63.
10 sentyabr
Bayern – Ştutqart 2:2
Qol: Tel, 36. Musiala, 60 – Fuhrix, 57. Jirassi, 90+2-pen.
Ayntraxt – Volfsburq 0:1
Qol: Lakrua, 60.
Herta – Bayer 2:2
Qol: S.Serdar, 56. Rixter, 74 – K.Dəmirbay, 49. P.Şik, 79.
Hoffenhaym – Maynts 4:1
Qol: Kramariç, 53; 90+2. Promel, 69. Dabbur, 80 – Kohr, 83.
Leypsiq – Borussiya (Dortmund) 3:0
Qol: Orban, 6. Soboslai, 45. Haydara, 84.
Şalke – Bohum 3:1
Qol: Dreksler, 38. Masoviç, 73-öz qapısına. Polter, 90+6 – Zoller, 51.
11 sentyabr
17:30. Köln – Union Berlin
19:30. Frayburq – Borussiya (Mönhenqladbax)


