Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 9-cu tur çərçivəsində “Naft MİS” komandası ilə qarşılaşıb.
Məşhur Qurban Berdıyevin çalışdırdığı komanda bu rəqiblə doğma meydanda qarşılaşıb. “Traktorçular” beş qolun qeydə alındığı bu oyundan çətin qələbə ilə ayrılıblar – 3:2. Təbrizlilərin heyətində hər üç qolu Məhəmməd Abbaszadə vurub.
9 turdan sonra 14 xala malik “Traktor” 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını oktyabrın 20-də səfərdə “Sepahan” komandasına qarşı keçirəcək.


