Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 12-ci turu çərçivəsində baş tutan “Rot Vays Ahlen”lə matçın iştirakçısı olub.
“Şalke” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası dörd qolun qeydə alındığı oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib. Cari mövsümdə 4 qol vurmuş millimizin forvardı bu oyunda fərqlənə bilməyib.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 20 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.


